Futbol üzrə Almaniya kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə üç matç keçirilib.
Səfərdə “Hannover”lə üz-üzə gələn “Layptsiq” yarımfinala darmadağınla çıxıb.
“Hamburq” - “Karlsrue” qarşılaşmasının taleyini oyunsonrası penaltilər müəyyənləşdirib. Meydan sahibləri sevinən tərəf olub.
Rəqib meydanında “Bohum”u yenən “Frayburq” da adını yarımfinala yazdıra bilib.
Almaniya Kuboku
1/4 final
2 mart
Hamburq – Karlsrue 2:2 (penaltilər, 3:2)
Qollar: Qlatsel, 52; 90+1 – Hayse, 40. Hofmann, 50.
Hannover – Layptsiq 0:4
Qollar: Nkunku, 17; 22. Laymer, 67. A.Silva, 73.
Bohum – Frayburq 1:2
Qollar: Polter, 64 – Petersen, 51. Sallai, 120.
1 mart
Union Berlin – Sankt Pauli 2:1
Qollar: Bekker, 45. Voqlzammer, 75 – Kyereh, 21.