Rusiyanın Ukraynaya hərbi müdaxiləsi davam etdiyi bu günlərdə bir çox ukraynalı idmançı sosial şəbəkələrdə aktivlik nümayiş etdirir.
Fanat.Az xəbər verir ki, İngiltərə “Everton”unun ukraynalı müdafiəçisi Vitali Mikolenko "İnstagram" vasitəsilə Rusiya millisinin üzvlərinə, ilk növbədə kapitan Artyom Dzyubaya müraciət edərək onları ölkələrinin rəhbərliyinə qarşı şiddətlə çağırıb. Dzyuba Rusiya millisinin ən yaxşı futbolçularından biridir və Mikolenko hesab edir ki, o, bütün rusiyalı futbolçuların qarşısında çıxış etməli və ölkəsini sülhə çağırmalıdır:
"Siz hələ də pis komanda yoldaşlarınızla birlikdə fahişə kimi susursunuzsa, Ukraynada adi mülki insanlar öldürülür. Ömrünüzün sonuna qədər, ən əsası isə övladlarınızın ömrü boyu zindanda qalacaqsınız. Mən buna şadam”.
Həmçinin, Mikolenko, ukraynalı futbolçuların müharibəyə son qoymağa çağıran videousunu paylaşıb.
Dünən FİFA və UEFA Ukraynaya müdaxilə səbəbindən Rusiya klublarını və millisini bütün yarışlardan kənarlaşdırmaq barədə qərar qəbul edib. Beləliklə, Rusiya 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq şansından məhrumdur.
Mirağa