Azərbaycanlı vinger Nazim Bağırov karyerasını Polşada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 22 yaşlı futbolçu 3-cü liqa klubu “Podlyasye” ilə bu mövsümün sonunadək müqavilə imzalayıb.
Qeyd edək ki, Nazim Bağırovun sonuncu klubu Gürcüstanın ikinci liqa təmsilçisi "Şevardeni" olub. O, ötən yayda üz tutduğu qonşu ölkədə cəmi 4 oyunda çıxış edib. Bağırov "Sumqayıt"ın və "Neftçi"nin əvəzedicilərində də çıxış edib.
Mirağa