Azərbaycan millisinin və "Qarabağ"ın yarımmüdafiəçisi Rüstəm Əhmədzadənin ailəsi Ukraynada yaşayır.
Sözügedən ölkənin hazırda Rusiya ilə gərgin müharibə şəraitində olmasını nəzərə alaraq futbolçu ilə əlaqə saxladıq və ailəsinin durumunu maraqlandıq.
Əhmədzadə Fanat.Az-a açıqlamasında valideynlərinin yaşadığı ərazidə nisbətən sakitlik olduğunu vurğuladı:
"Dünən gecə zəngləşmişdik, danışdıq. Ailəmin yaşadığı ərazi nisbətən sakit yerdir. Amma buna baxmayaraq orada da həyəcan siqnalı verilir. Ölkədə müharibə gedir. Heç cür sakitləşə bilmirik, daim gərginlik içindəyik. Ailəmlə hər şey qaydasındadır. Ukraynada telestansiyanı vurublar və bu səbəbdən orada televiziya işləmir. Bu isə çox xoşagəlməz haldır. Ailəmlə hər gün əlaqə saxlayıram, bu gün də danışacağam".
Emin Şəmsiyev