"Qarabağ"ın uzun müddətdir zədədən əziyyət çəkən futbolçularından biri Xayme Romerodur.
Ötən ay vətənindəki bərpa prosesini başa vuraraq "Qarabağ"a qoşulan ispaniyalı yarımmüdafiəçi nə vaxt komandaya kömək edə biləcək?
Klubun mətbuat katibi Gündüz Abbaszadənin Fanat.Az-a verdiyi məlumata görə, 31 yaşlı futbolçu hələ də fərdi proqram üzrə çalışır: "Xayme hələ hazır deyil. Bir müddət də fərdi məşq etməlidir. Nə vaxt meydana dönəcəyi barədə dəqiq nəsə deyə bilmərəm. Böyük ehtimalla, o, mart ayında komandaya kömək edə bilməyəcək".
Qeyd edək ki, Romero UEFA Konfrans Liqasının qrup mərhələsində sentyabrın 16-da “Bazel”lə Bakıdakı oyunda ön çarpaz diz bağlarından zədələnmişdi. Ardından o, əməliyyat olunmuş, uzun müddət oynaya bilməyəcəyi müəyyənləşmişdi.
Mirağa Mirzəyev