Rusiyanın "Zenit" klubu Ukrayna millisinin futbolçusu Yaroslav Rakitski ilə yolları ayırdığını açıqlayıb.
Fanat.Az-ın məlumatına görə, klubun rəsmi saytında müdafiəçinin müqaviləsinə öz istəyi ilə xitam verildiyi bildirilib.
33 yaşlı futbolçunun məlum müharibə və ailə vəziyyəti ilə əlaqədar Sankt-Peterburq təmsilçisi ilə vidalaşdığı vurğulanıb.
Rakitski 2019-cu ilin yanvarından "Zenit"də çıxış edirdi.