Rusiya milli komandasının baş məşqçisi Valeri Karpin Moskva "Lokomotiv"ini çalışdıra bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Matc TV" yayıb.
Paytaxt təmsilçisinin rəhbərliyi artıq Rusiya Futbol İttifaqı ilə olan müqaviləsinin müddəti bu ayın sonunda başa çatacaq Karpinlə danışıqlara başlayıb.
Fevralın 28-də FİFA və UEFA Ukraynaya hücum edən Rusiyanın yığma komandaları və klublarını bütün yarışlardan kənarlaşdırıb.
"Lokomotiv"in alman baş məşqçisi Markus Gisdol martın 1-də postundan ayrılıb.