Rusiya Futbol İttifaqının prezidenti Aleksandr Dyukovun UEFA İcraiyyə Komitəsində gələcəyi böyük sual altındadır. Rus funksioner vəzifəsini itirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Mənbə qeyd edir ki, yaxın günlərdə UEFA-nın növbədənkənar iclası keçiriləcək və Dyukovun İcraiyyə Komitəsində gələcək taleyi müzakirə olunacaq.
Xatırladaq ki, fevralın 24-də Ukrayna prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. Bu, Rusiya prezidenti Vladimir Putinin DXR və LXR-i tanıması və ölkəsinin Ukrayna ərazisində xüsusi hərbi əməliyyatına başlaması fonunda baş verib.
Emin