"Barselona" mayda 39 yaşı olacaq Dani Alvesi heyətdə saxlamaqda qərarlıdır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" yayıb.
Rəhbərlik və komandanın baş məqşçisi Xavi qısa müddətdə özünü yaxşı tərəfdən göstərən braziliyalı müdafiəçinin sərgilədiyi çıxışdan razıdır. Bu üzdən onun müqaviləsində öncədən nəzərdən tutulduğu kimi, "sambaçı" daha 1 il Kataloniya təmsilçisinin formasını geyinəcək.
Xatırladaq ki, Alves 2008-2016-cı illər aralığında şərəfini qoruduğu "Barsa" ilə ötən ilin noyabrında yenidən anlaşıb.