"Rubin" klubunun qapıçısı Yuri Dyupin UEFA və FİFA-nın Rusiya klub və komandalarının beynəlxalq yarışlara buraxılmaması ilə bağlı qərarını şərh edib.
Fanat.Az xəbər verir ki, Kazan təmsilçisinin üzvü bu barədə TASS agentliyinə danışıb:
“Əlbəttə, FİFA və UEFA-nın qərarı pis oldu, mən yenicə milliyə çağırılmağa başlamışdım. Milliyə çağırılmasaydım, bəlkə bu qədər təhqiredici olmazdı. Çox məyusedicidir, ümid edirəm ki, tezliklə hər şey öz həllini tapacaq və qaydasına düşəcək. Bütün idman növləri kimi, futbol da siyasətdən kənar olmalıdır".
Xatırladaq ki, artıq bir neçə beynəlxalq idman təşkilatı Rusiyada yarış keçirməkdən imtina edib, bəzi yerli idmançılar isə neytral status alıblar. Fevralın 28-də isə FIFA və UEFA Rusiya millisinin, eləcə də klublarının bu qurumların nəzarətində olan bütün yarışlarda iştirakdan kənarlaşdırılması barədə qərar qəbul edib.
Mirağa