"Şaxtyor"un 23 yaşlı yarımmüdafiəçisi Pedrinyo Rusiya ordusunun Ukraynaya qarşı apardığı müharibəyə görə klubla müqaviləyə xitam vermək istəyir.
Fanat.Az "Sport.ua"ya istinadən xəbər verir ki, o, Kiyevdəki vəziyyətdən narahatdır və gələcəkdə orada oynaya biləcəyindən əmin deyil.
Futbolçunun agenti müştərisi üçün mövcud olan bütün variantları araşdırdığını bildirib.
Hazırda Pedrinyoya "Portu", "Botafoqo", "Palmeyras", "Sao Paulo" və "Korintians" kimi klublar tərəfindən maraq var.
Emin