Avropa Peşəkar Futbol Liqaları (EPFL) Rusiya Premyer Liqasını üzvlükdən çıxarıb.
Fanat.Az xəbər verir ki, məlumatı qurumun rəsmi saytı yayıb.
Xəbərə görə, qərar əsas çempionatla yanaşı Milli Futbol Liqasına da şamil olunub.
Qeyd edək ki, Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxiləsi səbəbilə bu addım atılıb. Bundan əlavə, FIFA və UEFA işğalçı ölkənin yığmaları və klublarını öz bayraqları altında keçirilən beynəlxalq turnirlərdən kənarlaşdırıb.