13:45 05.03.2022 442

"Yekunda yaxşı nəticələr əldə edəcəyik" - Fərid Qayıbov

Bakıda V Beynəlxalq Etnosport Forumuna start verilib.

Fanat.Az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğan, BMT İnsan Məskunlaşma Proqramının icraçı direktoru Maimunah Mohd Şərif və 14 ölkədən nümayəndələr iştirak ediblər.

Gənclər və idman naziri Fərid Qayıbov Bakıdakı Beynəlxalq Etnosport Forumundakı çıxışında tədbir iştirakçılarını salamlayıb və onları Bakıda görməyə şad olduğunu bildirib. Nazir Azərbaycanın müxtəlif forumlara və yarışlara ev sahibliyi etdiyini xatırladıb: "Bundan sonra yerli idman növlərini inkişaf etdirmək istəyirik. Sizi nazirlik adından salamlayır, Bakıda görməyə şad olduğumu bildirirəm. Azərbaycana xoş gəlmisiniz. Azərbaycanda belə forumlar çox keçirilib. Prezident İlham Əliyev ölkədə idmana çox önəm verir. Azərbaycanda müxtəlif yarışlar təşkil olunub. Bizim təşəbbüsümüzlə zorxana idman növü Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarınının proqramına salınıb. Ölkəmizdə 2019-cu ildə Gədəbəy rayonunda Milli Yaylaq Festivalı da baş tutub. Azərbaycanda 100-dən artıq idman qurğusu mövcuddur. Ölkədə 5 mart Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur və bu münasibətlə İdman Həftəsi baş tutub. Bugünkü formun belə tarixə düşməsi bizim üçün əlamətdardır. İnanıram ki, yekunda yaxşı nəticələr əldə edəcəyik və milli idman növləri daha da inkişaf edəcək.

Ardınca Dünya Etnosport Konfederasiyasının prezidenti Bilal Ərdoğan çıxış edib. O, əsas məqsədlərinin insanlığın ümumi dəyərlərini saxlamaq, sülhə və həmrəyliyə töhvə verməkdən ibarət olduğunu diqqətə çatdırıb: "İndi dünyada müharibədən danışılır. Biz çalışdıq ki, bu forumla insanlıq və xalqlar üçün rəngarəng tədbir təşkil edək. Hər bir xalqın mədəniyyəti dəyərlidir və hörmətə layiqdir. Dünya qara yox, daha rəngarəng olmalıdır. Hər bir ölkənin və xalqın idman növləri inkişaf etməlidir. İstəyirik ki, digər xalqlar və mədəniyyətlər bunu tanısınlar. Bugünkü forumda ənənəvi idmanların keçmişini və gələcəyini müzakirə edəcəyik. Əvvəlki forumlarda da bu idman növlərinin inkişafına töhvə vermişik. Etno idman növlərinin inkişafında sülh və həmrəylik önəmli rol oynayır. Bu sahədə işləmək istəyən bütün alimləri də işə cəlb edirik. Biz təqaüd proqramlarını da işə salmışıq. Fəlsəfə doktoru mükafatları verilməsi prosesləri işə başlayıb. Bəzi universitetlərdə tətqiqatçılarımız da var. Biz üzvlərimizin sayını artırmaq istəyirik. Amma ehtiyat edirik. Çünki qoşulmaq üçün səbəb olmalıdır. Hər forumun məzmunu da çox vacibdir. Çoxlu ölkə və millətin nümayəndələrini bir araya gətirmək böyük uğurdur. Bu gün səhər saatlarında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüm. Ona, gənclər idman naziri Fərid Qayıbova təşəkkür edirəm. Növbəti forumumuz Türkiyədə olacaq. Bir daha iştiraka görə sizin hamınıza təşəkkür edirəm".

Qeyd edək ki, V Beynəlxalq Etnosport Forumu martın 6-da başa çatacaq.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X