Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin ötən gün Zaqreb “Dinamo”sunda debütü əlamətdar hadisə ilə yadda qalıb.
Fanat.Az xəbər verir ki, “Şibenik”lə (3:0) matç paytaxt təmsilçisinin Xorvatiya çempionatında 1000-ci oyunu kimi tarixə düşüb.
"Dinamo" 1000-ci oyunda 695-ci qələbəsini qazanıb. Komanda həmçinin, çempionatda 183 heç-heçə və 122 məğlubiyyət edib.
Yubiley oyununda bu məqsədlə rəqqasların ifasında möhtəşəm xoreoqrafiya nümayiş olunub, “Dinamo”nun futbolçuları isə qollarında 1000 rəqəmi yazılmış formada çıxış ediblər.
Bundan başqa, matçdan əvvəl üzərində "Xorvatiya futbolu Ukrayna ilə" yazılmış pankartla açılıb.
Həmyerlimiz belə bir oyunda start heyətində meydana çıxıb və ilk yarıya təsadüf edən bir epizodda 18 merdən zərbəsi qapı tirinə tuş gəlib.