"Mançester Siti"nin oyunçusu Bernardo Silva özünə it alıb və ona komanda yoldaşı, yaxın dostu Con Stounsun adını verib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçisi bu haqda "Times"ə açıqlamasında belə deyib:
“Biz çox istəyirdik ki, itimiz olsun. Ona dostum Con Stounsun adını verdik. Biz çox yaxınıq və həmişə ona deyirdim ki, itim olsa, adını ona verəcəm . Bu, əla addır. Rəfiqəm İnes də bu adı bəyəndi. Məncə, bu ad itimizə yaraşır. O, yaraşıqlı və çox ağıllıdır".