"Çətin oyunun olacağını bilirdik. Rəqibin reklama ehtiyacı yoxdur, layiqli liderdir".
Fanat.Az xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev deyib.
O, səfərdə "Qarabağ"a 1:5 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVIII tur matçından sonra mətbuat konfransında belə danışıb:
"Yaxşı oyun nümayiş etdirəcəyimizə inanaraq meydana çıxmışdıq. İlk yarıda rəqib oynamağa imkan versə də, ikinci hissədə boşluqlara yol verdik. Matçın qırılma nöqtəsi Omar Haninin zədələnməsi oldu. Qapıçı Nicat Mehbalıyev isə inandığım qapıçıdır, növbəti oyunlarda etimadımızı doöruldacağına inanırıq".