Türkiyədə təşkil olunacaq 2013 FİFA U20 Dünya Kuboku bu gün start götürəcək. Fanat.az xəbər verir ki, 6 qrupda 24 komandanın mübarizə aparacağı turnir iyulun 13-də başa çatacaq.
İlk görüş “TT Arena” və “Kayseri Kadir Has” stadionunda baş tutacaq. Bakı vaxtilə saat 20:00-da Fransa millisi ilə Qana və Kuba ilə Cənubi Koreya yığmaları üz-üzə gələcək.
Açılış mərasimi isə Kayseridə Kuba – Cənubi Koreya millilərinin qarşılaşmasından sonra keçiriləcək. Topa ilk zərbəni isə FİFA prezidenti Sepp Blatter və Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğan vuracaq. Açılış mərasimində 600-ə yaxın müxtəlif sənət adamları iştirak edəcək.
İdman24.az