PSJ-nin prezidenti Nasser Əl-Xelayfi bu həftə İsveçrədə apellyasiya məhkəməsi qarşısına çıxacaq.
Fanat.Az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, "BeIN Media Group"un da prezidenti olan Əl-Xelayfi rüşvət təklif etməkdə ittiham olunur.
O, 2026 və 2030-cu il Dünya Kuboklarının yayım hüquqlarını öz telekanalına almaq üçün FİFA-nın baş katibi Jerom Valkeyə rüşvət təklif etməkdə şübhəli bilinir.
FİFA rəsmsi və PSJ prezidenti 2020-ci ildə baş tutan ilk məhkəmə prosesində bəraət alıb. Lakin o zaman Əl-Xelaifiyə qarşı şərti həbs cəzası istəyən İsveçrə prokurorları 48 yaşlı funksionerdən apellyasiya şikayəti veriblər.
Qeyd edək ki, qətərli klub sahibinin növbəti məhkəməsi bu həftə keçiriləcək.
Emin