"Keşlə"nin qapıçısı Stanislav Namaşko Moldova milli komandasına dəvət alıb.
Fanat.Az xəbər verir ki, 35 yaşlı qolkiper Millətlər Liqasında Qazaxıstanla oyunlara çağırılıb.
Moldova ilə Qazaxıstan arasında ilk oyun martın 24-də Kişinyovdakı “Zimbru” stadionunda, cavab görüşü isə 29-da “Astana Arena”da keçiriləcək.
Qeyd edək ki, Moldova-Qazaxıstan cütün qalibi Millətlər Liqasının 2022/23 mövsümünün C Liqasında Slovakiya, Belarus və Azərbaycan yığması ilə eyni qrupda yer alacaq.