UEFA futzal üzrə Azərbaycan millisini 8 200 avro məbləğində cərimələyib.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna milli üzvlərinin Avropa çempionatındakı intizamsızlığı səbəb olub.
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi İspaniya (2:2) ilə qarşılaşmada İsa Atayev, Fineo De Araujo, Ramiz Çovdarov və Vassuranın intizamsızlığına görə 2700 avro cərimə kəsib. Bundan başqa, tibbi maska ilə bağlı tələblər yerinə yetirilmədiyindən milli əlavə 2500 avro cərimə olunub.
Bosniya və Herseqovinayla (4:2) matçda isə futzalçılarımızdan Felipinyo qırmızı, Vassura sarı vərəqə görüb. Bu, 3000 avroluq cəriməyə şərait yaradıb.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatını 4 xalla 3-cü pillədə başa vuraraq Avropa çempionatı ilə erkən vidalaşıb.