Premyer Liqa və İngiltərə Kuboku oyunlarının Rusiyada yayımı 24 saat ərzində dayandırılacaq.
Fanat.Az xəbər verir ki, bu barədə RFİ-nin "VK" sosial şəbəkəsində məlumat yayılıb.
Mənbənin sözlərinə görə, Premyer Liqa və İngiltərə Futbol Liqasının nümayəndələri Rusiyada yarışların yayımını dayandırmaq qərarına gəliblər.
Hüquqşünaslar liqa liderlərinə "Rambler Media" ilə müqaviləni ləğv etməyə icazə veriblər.
Həmçinin liqaların "Match TV" ilə müqavilələrə xitam verəcəyi də gözlənilir.
Emin