"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/8 final mərhələsinin "Sportinq"lə cavab oyunu öncəsi komandasının kadr problemlərindən danışıb.
Fanat.Az xəbər verir ki, "Mançester Siti"nin rəsmi saytı 51 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb: “Bizim əsas komandada o qədər çox oyunçumuz yoxdur – hazırda cəmi 14 nəfər var. Təbii ki, ilk görüşdə inanılmaz nəticəni təmin etdik - 5:0. Amma hələ heç nə həll olunmayıb, futbol gözlənilməzdir. Rəqib keyfiyyətli oyun göstərə bilər... Hər şey ola bilər.
Qalib gəlmək üçün mümkün qədər ən yaxşı heyəti seçəcəyik. Problemlərdən biri də odur ki, cəmi üç müdafiəçimiz qalıb”.
Komandaların ilk oyunu “şəhərlilərin”in 5:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab oyunu sabah, Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.