"İnter"in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının 1/8 finalında "Liverpul"la oyundan gözləntilərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidməti İnzaqidən belə sitat gətirir: “Matç çətin olacaq, amma bizim yüksək motivasiyamız var. Bu, çox vacibdir, sadəcə olaraq, birinci hissədə qol vurmaq vacibdir. "İnter" çoxdandır ki, pley-offda oynamır. Qrupda 2-ci yeri tutduq və 1/8 finalda Avropa futbolunun nəhənglərindən birinə rəqib olacağımızı çox gözəl anladıq. İlk oyunda əlimizdən gələni etdik. Çərşənbə axşamı da eynisi olacaq "
Xatırladaq ki, ilk oyunda "Liverpul" "İnter"i səfərdə 2:0 hesabı ilə məğlub etmişdi.