"Ximki"nin isveçli futbolçusu Filip Daqerstol Rusiyanı tərk edib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun baş direktoru Qabulov məlumat verib: “Filip Daqerstol klubun düşərgəsini və Rusiyanı tərk etdi. Klub futbolçunun yaşadığı təcrübələrlə əlaqədar ona bir neçə gün istirahət verib. FİFA-nın qərarının bundan sonra nə olacağını bilmirik”.
Xatırladaq ki, FİFA və UEFA RF-in Ukraynanı işğal etməsi səbəbi ilə futbol üzrə Rusiya millisini və klublarını bütün yarışlardan kənarlaşdırıb.
Emin