Fransalı yarımmüdafiəçi Remi Kabelya "Krasnodar"ı tərk edib.
Fanat.Az xəbər verir ki, "Krasnodar" klubunun mətbuat xidməti tərəflərin qarşılıqlı razılığı əsasında liderlərindən biri ilə müqaviləyə xitam verdiyini açıqlayıb.
Xatırladaq ki, yarımmüdafiəçinin “Krasnodar”la olan müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatacaqdı.
FİFA-nın yeni qaydasına görə, Rusiyada çıxış edən istənilən əcnəbi futbolçu iyunun 30-dək klubu ilə müqaviləni dayandıra və həmin vaxt başqa komandaya keçə bilər.
Kabella 2019-cu ilin yayından “Krasnodar”da çıxış edir. Bu müddət ərzində futbolçu 17 qol vurub və 10 məhsuldar ötürmə edib.
Daha əvvəl braziliyalı müdafiəçi Ayrtonun Moskva "Spartak"ını tərk edə biləcəyi bildirilirdi.
Emin