Milli komandamız martın 5-də Filippin yığması ilə yoldaşlın oyunu keçirəcək. Qarşılaşma Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutacaq.
Fanat.az xəbər verir ki, Berti Foqts hələ heyəti açıqlamasa da, millidən dəvət alan daha bir futbolçunun adı açıqlanıb. Belə ki, "Rəvan"ın rəsmi saytı müdafiəçi Novruz Məmmədovun yığmaya çağırılması ilə bağlı xəbər yayıb. Lakin Novruz millinin əsas yox, ehtiyat heyətinə salınıb.
Qeyd edək ki, bundan əvvəl "Neftçi" Rəşad Sadiqov, Araz Abdullayev və Elvin Yunuszadənin yığmaya dəvət aldığını açıqlayıb.
Fanat.az