PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 1/8 finalında "Real Madrid"lə cavab oyununda vurduğu qolla komandanın bombardirləri siyahısında Zlatan İbrahimoviçi keçərək reytinqdə ikinci yeri tutub.
Fanat.Az xəbər verir ki, ötən gecə Madriddə keçirilən görüş "Real Madrid"in 3:1 hesablı qələbəsi ilə başa çatıb. Mbappenin yvurduğu qola rəğmən, parislilər ümumi hesabda 3:2 uduzaraq turniri tərk ediblər.
Bu, 23 yaşlı fransız futbolçunun Paris klubunda bütün turinrlərdə vurduğu 157-ci qol olub. Nəticədə, Kilian 156 qolu olan İbrahimoviçi geridə qoyub. Yalnız Edinson Kavani PSJ-də Mbappedən çox fərqlənib - 200.
Emin