Britaniya hökuməti Roman Abramoviçə qarşı daha bir sanksiya tətbiq edib. Rusiyalı iş adamının “Çelsi” də daxil olmaqla bütün səhmləri dondurulub.
Fanat.Az "The Mirror" nəşrinə istinadən xəbər verir ki, “Çelsi” İngiltərə Futbol Assosiasiyasından fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb, lakin sanksiyalara görə klubun satılması da mümkün deyil.
Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumundan sonra Abramoviçə Böyük Britaniya ərazisində işləmək və yaşamaq qadağası qoyulub.
Emin