PSJ-nin prezidenti Nasser Əl-Xelaifi Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunundan - "Real Madrid"lə səfər matçından sonra özündən çıxıb.
Fanat.Az "Goal"a istinadən xəbər verir ki, sözügedən futbol funksioneri hakimlər otağına girməyə çalışıb.
Niderlandlı referi Deni Makkeli ondan getməyi xahiş etsə də, Paris təmsilçisinin başqanı yan xətt hakimlərindən birinin əlindəki bayrağa zərbə endirirək onu sındırıb.
Mənbə baş verənlərin referi tərəfindən matçın protokoluna yazıldığını, Əl-Xelaifinin qeyri-adekvat davranışından "Real" tərəfinin də UEFA-ya şikayət edəcəyini bldirib.
Qeyd edək ki, evdə minimal hesablı qələbə qazanan PSJ cavab matçında hesabı açsa da, Kərim Benzemanın ikinci yarıda vurduğu 3 qol "Real"ı 1/4 finala yüksəldib.
Nihat