"Real Madrid" klubunun sabiq baş məşqçisi Zinəddin Zidan gələn mövsüm PSJ klubunun əsas hədəfidir.
Fanat.Az xəbər verir ki, informasiyanı futbol insayderi Nikolo Skira şəxsi "Twitter" səhifəsində paylaşıb.
Məlumatda qeyd olunur ki, Zizu böyük ehtimalla, gələn mövsüm PSJ-nin baş məşqçisi vəzifəsinə təyin olunacaq.
Fransa klubunun indiki çalışdırıcısı Mauriso Poçettinonun taleyi həll olunub. Argentinalı mütəxəssis mövsümün sonunda klubu tərk edəcək.
Emin