16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Bakıdakı təlim-məşq toplanışını “Sumqayıt”ın U-17 komandası ilə matçla yekunlaşdıran yeniyetmələr 5:0 hesablı qələbə qazanıb.
Emil Şəkixanovun dubl etdiyi oyunda U-17-nin digər qollarını Eltun Babazadə, Balamirzə Mehdizadə və Elgün İsaqov vurub.
U-16 bundan əvvəl “Neftçi”nin müvafiq yaş qrupundan ibarət komandasına 0:2 hesab ilə məğlub olmuşdu.