Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni reytinq siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, 300 klubun yer aldığı siyahıda Azərbaycan təmsilçisi "Qarabağ" 129 xalla 108-ci sırada qərarlaşıb.
"Qarabağ" ötən reytinqlə müqayisədə 54 pillə irəliləyib. Daha bir Azərbaycan təmsilçisi "Neftçi" də "300-lük"dədir. Bakılılar 81,5 xalla 236-cı sıradadır.
Reytinq cədvəlinə 310 xalla "Çelsi" klubu başçılıq edir. Braziliya "Palmeyras"ı (286) ikinci, "Atletiko Mineyro" (285) isə üçüncüdür.