PSJ-nin qapıçısı Canluici Donnarumma komandasının Çempionlar Liqası ilə vidalaşmasına reaksiya verib.
Fanat.Az-ın məlumatına görə, italiyalı qolkiper "Instagram" hesabında bu barədə paylaşım edib:
"Çempionlar Liqasında mübarizəni dayandırmaq bizim üçün ciddi zərbə oldu. Əlbəttə, son iki gündə yaşadıqlarımızı həzm etmək çətindir. Amma məhz belə anlardan sonra güclənirik. İndi Liqa 1-də qələbə qələbə qazanmaq haqda düşünməliyik. İrəli, Paris".
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Real Madrid"i minimal hesabla yenən PSJ rəqib meydanında 1:3 uduzaraq mübarizəni dayandırıb.
Nihat