"Atletiko Madrid"in hücumçusu Luis Suares karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikola Skira şəxsi "Twitter" hesabı üzərindən yayıb.
Mənbə Suaresin "Aston Villa"nın əsas hədəflərindən biri olduğunu vurğulayıb. İnsayder "Liverpul"da uruqvaylı forvardla birlikdə çıxış etmiş Stiven Cerrardın hazırda "aslanlar"ı çalışdırması faktını da qabardıb. Məhz Cerrard amilinin 35 yaşlı uruqvaylının seçiminə təsir edəcəyi bildirilib.
Qeyd edək ki, Suaresin "Atletiko" ilə olan müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. Onu rənglərinə bağlamağı arzulayan klublar arasında Niderland "Ayaks"ı da var.
Nihat