UEFA prezidenti Aleksandr Çeferin İtaliyanın "Corriere della Sera" nəşrinə müsahibə verib.
Fanat.Az sözügedən nəşrə istinadən xəbər verir ki, qitə futbol qurumunun rəhbəri həm Ukraynanın işğalı nəticəsində Rusiyaya qarşı tətbiq edilən idman sanksiyalarına, həm də “Qorxunc Liqa” adlandırdığı Avropa Superliqası ideyası ilə bağlı açıqlamalar verib.məsələsinə toxunub.
Sloveniyalı futbol funksioneri Rusiyaya sanksiyaların siyasi olmadığını bildirib: “Mən müharibə ilə böyümüşəm və bu, indiki ilə çox oxşar idi: qardaşlar arasında müharibə. Yuqoslaviyada heç kim heç nə etmədi, dəhşətli idi. Xoşbəxtlikdən bizim slovenlilər üçün müharibə cəmi 10 gün davam etdi. 23 yaşım olanda ailəmlə bağda idim. Bir kişi gəlib dedi ki, müharibə başlayıb...
Rusiyaya qarşı idman sanksiyaları tətbiq etdik və Ukraynadakı uşaqlara, qaçqınlara 1 milyon avrodan çox ianə verdik. Biz siyasətçilərin təsirinə düşmürük, amma siyasət həyatın bir hissəsidir və biz ona təsir edə bilərik. Çünki biz çox adamın dəstəyinə malikik. Mən hökumətləri infrastruktura sərmayə qoymağa inandırıram. Bəzi dövlət başçıları futbolla maraqlanır. Emmanuel Makron, Rəcəb Tayyib Ərdoğan, Angela Merkel fanatdır. Putinin futbol həvəskarı olduğunu düşünmürəm, başqa idman növlərinə üstünlük verir. Sanksiyalar lazımdır: çünki bu, siyasi deyil, humanitar böhrandır”.
UEFA prezidenti Avropanın üç nəhəng klubunun - "Real Madrid", "Barselona" və "Yuvenyus"un Superliqa yaratmaq ideyasına da toxunub: "Avropa İttifaqı Məhkəməsi UEFA-nı monopoliya hesab edərsə, o zaman üç klub ("Barselona", "Real Madrid", "Yuventus") özlərinin... Onlar həm orda, həm də UEFA-da olmaq istəyirlər, amma ora bir metafizik yerdir. Məncə, onlar Yerin düz olduğuna inanırlar. Ümumiyyətlə, gəlin onu Superliqa adlandırmağı dayandıraq və belə deyək: "Qorxunc Liqa".
Çeferin "Yuventus" və Andrea Anyelli ilə bağlı suala belə cavab verib: "UEFA və "Yuventus" iki fərqli qurumdur: onların hər zaman düzgün münasibəti olacaq. Dediyiniz şəxs haqqında isə bir söz demək istəmirəm: keçmişdə qalıb”.
Mirağa