Almaniya Bundesliqasında XXVI turun "Auqsburq" - "Maynts" matçı təxirə salınıb.
Fanat.Az xəbər verir ki, bu barədə qonaq komandanın mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, buna səbəb "Maynts"ın heyətində bir neçə futbolçunun koronavirusa yoluxmasıdır.
Qeyd edək ki, "Maynts"ın XXV turda Dortmund "Borussiya"sı ilə oyunu da təxirə salınmışdı.