22:12 12.03.2022 1189

Erməniyə qalib gələn güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın sərbəst güləşçisi İslam İlyasov Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançı finalda almaniyalı Yohannes Mayerlə üz-üzə gəlib.

Rəqibinə 5:3 hesabı ilə qalib gələn İlyasov Avropa çempionatının qalibi olub.

79 kq-dakı Əşrəf Aşırov isə bolqarıstanlı Oktay Hasanı məğlub edərək bürünc medala sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Zirəddin Bayramov (65 kq) qızıl, Tofiq Əliyev (57 kq) bürünc medala yiyələnib.

***

Azərbaycanın sərbəst güləşçisi Zirəddin Bayramov Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.

Fanat.Az xəbər verir ki, 65 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Ermənistan təmsilçisi Qraçya Marqaryanla üz-üzə gəlib.

Rəqibinə 4:1 hesabı ilə qalib gələn Bayramov Avropa çempionatının qalibi olub.

57 kq-dakı Tofiq Əliyev bolqar İvaylo Tisovu məğlub edərək bürünc medala sahib çıxıb.

Qeyd edək ki, bu gün həmçinin İslam İlyasov (97 kq) qızıl, Əşrəf Aşırov (79 kq) bürünc medal uğrunda görüşə çıxacaq.

***

Azərbaycanın iki sərbəst güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında finala yüksəlib.

Fanat.Az xəbər verir ki, 74 kq çəki dərəcəsindəki Cəbrayıl Hacıyev yarımfinalda Türkiyə təmsilçisi İsmet Çiftçini məğlub edib.

86 kq-dakı Abubakr Abakarov finala gedən yolda onun həmyerlisi Emre Çiftçiyə qalib gəlib.

Aydın Əhmədov (125 kq) isə gürcüstanlı Solomon Manaşviliyə uduzub. Əhmədov sabah bürünc medal uğrunda görüşdə iştirak edəcək. Onun rəqibi təsəlliverici görüşdən sonra bəlli olacaq.

Hacıyev qızıl medal uğrunda qarşılaşmada rumıniyalı Kristian Bironun, Abakarov isə moldovalı Lilian Balanın müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, ötən gün daha iki sərbəst güləşçi finala vəsiqə qazanıb. Medal görüşləri bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

***

Azərbaycanın daha üç sərbəst güləşçisi Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

Fanat.Az xəbər verir ki, 125 kq çəki dərəcəsində çıxış edən Aydın Əhmədov mübarizəyə 1/4 finaldan başlayıb. Bu mərhələdə ermənistanlı Hovhannes Maqnakyanı 5:1 hesabı ilə yenən idmançımız adını yarımfinala yazdırıb. O, finala yüksəlmək uğrunda gürcüstanlı Solomon Manaşvili ilə qarşılaşacaq.

74 kq-dakı Cəbrayıl Hacıyev digər erməni güləşçi Menua Yaribekyanı və avstriyalı Simon Marçlı məğlub edərək yarımfinala adlayıb. Güləşçimizin bu mərhələdəki rəqibi türkiyəli İsmet Çiftçi olacaq.

Abubakr Abakarov (86 kq) isə 1/8 finalda bolqarıstanlı Xristo İliyevi, ardınca isə Fransanı təmsil edən Rahim Maqamedovu üstələyib. Dağıstanlı legioner finalın bir addımlığında türkiyəli Emre Çiftçini sınağa çəkəcək.

Abdulcəlil Şabanov (92 kq) 1/8 finalda albaniyalı Emiliano Onuziyə qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Daviti Koquaşvili ilə bacarmayıb.

Yarımfinallar Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

Bu gün həmçinin Zirəddin Bayramov (65 kq) və İslam İlyasov (97 kq) qızıl, Tofiq Əliyev (57 kq) və Əşrəf Aşırov (79 kq) bürünc uğrunda mübarizə aparacaqlar.

Bayramov baş mükafat üçün erməni Qraçya Marqaryan, İlyasov almaniyalı Yohan Mayerlə üz-üzə gələcək. Tofiq bürünc medal uğrunda həlledici görüşdə bolqar İvaylo Tisovla, Əşrəf isə ev sahibi ölkənin digər təmsilçisi Hasan Oktay ilə qarşılaşacaq.

Medal qarşılaşmaları saat 20:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl mübarizəyə qoşulan yunan-Roma güləşçilərimiz qitə birinciliyini 2 qızıl, 1 gümüş, 2 bürünc, qadın güləşi millimiz isə 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.

***

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, yarışın altıncı günündə Azərbaycanın daha 4 sərbəst güləşçisi mübarizəyə qoşulacaq. Bunlar Cəbrayıl Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq), Abdulcəlil Şabanov (92 kq) və Aydın Əhmədovdur (125 kq).

Təsnifat qarşılaşmalarına Bakı vaxtı ilə saat 13:30-da, yarımfinallara 18:45-də start veriləcək.

Bu gün həmçinin Zirəddin Bayramov (65 kq) və İslam İlyasov (97 kq) qızıl, Tofiq Əliyev (57 kq) və Əşrəf Aşırov (79 kq) bürünc uğrunda mübarizə aparacaqlar.

Bayramov baş mükafat üçün erməni Qraçya Marqaryan, İlyasov almaniyalı Yohan Mayerlə üz-üzə gələcək. Tofiq bürünc medal uğrunda həlledici görüşdə bolqar İvaylo Tisovla güləşəcək. Əşrəf isə öncə təsəlliverici qarşılaşmaya çıxacaq. O, burada almaniyalı Konstantin Şableylə münasibətlərə aydınlıq gətirəcək. İdmançımız dueldən qalib ayrılacağı təqdirdə, üçüncülük uğrunda bolqarıstanlı Hasan Oktay Rüşdi ilə qarşılaşacaq.

Medal qarşılaşmaları saat 20:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl mübarizəyə qoşulan yunan-Roma güləşçilərimiz qitə birinciliyini 2 qızıl, 1 gümüş, 2 bürünc, qadın güləşi millimiz isə 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2025
00:18

İspaniya La Liqası: "Barselona" öz meydanında uduzdu, "Real" səfərdə qalib gəldi

18 May 2025
23:57

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

Facebookdan bizi izləməyi unutmayın.
X