Berti Foqtsun yığmanın toplanışına dəvət etdiyi daha bir futbolçu müəyyənləşib. Fanat.az xəbər verir ki, Ruslan Abışov Dubayda keçiriləcək təlim-məşq toplanışına qatılacaq və Filippinlə oyunun iştirakçısı olacaq.
Bu barədə "Rubin"in rəsmi saytı məlumat yayıb. Məlumatda həmçinin bildirilir ki, klubun 10 üzvü ölkələrinin milli komandalarına dəvət alıb.
Qeyd edək ki, Berti Foqts yığmanın heyətini hələ açıqlamayıb. Amma "Neftçi" Rəşad Sadiqov, Araz Abdullayev və Elvin Yunuszadənin, "Rəvan" isə Novruz Məmmədovun milliyə dəvət aldığını ictimaiyyətə çatdırıb. Sonuncunun adı ehtiyat heyətə salınıb.
Fanat.az