Azərbaycan şahmatçısı Rauf Məmmədov 27 mart - 6 aprel tarixlərində Sloveniyanın Çatej şəhərində keçiriləcək Avropa çempionatına qatılmayacaq.
Fanat.Az xəbər verir ki, 34 yaşlı qrossmeysterin adı yarışın ilkin iştirakçıları arasında olsa da, yenilənmiş siyahıda yer almayıb.
İndiyədək Azərbaycanın 15 şahmatçısı AÇ-də iştirakını təsdiqləyib. Bunlar Qədir Hüseynov, Nicat Abasov, Vasif Durarbəyli, Eltac Səfərli, Vüqar Əsədli, Misrətdin İsgəndərov, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Abdulla Qədimbəyli, Murad İbrahimli, Riad Səmədov, Gövhər Beydullayeva, Toğrul Həsənzadə və Şahin Vəliyevdir.
İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq qitə çempionatına ümumilikdə 308 şahmatçının qatılması gözlənilir.