Azərbaycan akrobatları Daniel Abbasov və Murad Rəfiyevdən ibarət duet Bakıdakı dünya çempionatında daha bir medal qazanıb.
Fanat.Az xəbər verir ki, cütlük templə hərəkətlərdə finalda 27.500 xala layiq görülüb.
Komanda bu nəticəyə əsasən bürünc medala yiyələnib. ABŞ seçməsi birinci, Qazaxıstan isə ikinci yeri tutub.
Qeyd edək ki, Abbasov və Rəfiyevdən ibarət duet ötən gün qarışıq hərəkətlərdə də bürünc medalla kifayətlənmişdi.