Azərbaycan Premyer Liqasının 19-cu turunda "Qarabağ" səfərdə "Sabah"a 1:0 hesabı ilə qalib gəlib.
Fanat.Az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında qələbəni şərh edib:
"Komandamı təbrik edirəm. Həqiqətən də çox yaxşı komandaya qarşı oyunda 3 xal qazandıq. Meydanda intizamlı iki komanda var idi. Oyunu yaxşı təhlil edən komandalar var idi. Qolu kim vursaydı, oyunun taleyi də onun xeyrinə olacaqdı. Futbolçularımdan çox razı qaldım. Onlar oyunu sonadək əldə saxlamağı bacardılar. Meydanda iki dinamik komanda gördüm. Cərimə meydançasına girilən epizodlara baxsaq, 4-5 imkanımız oldu. Sadəcə, son zərbələrədək çatmadı. Rəqib komandanın oyunçuları çox yaxın oynayırdılar. Həm də futbol elə səviyyəyə gəlib çatıb ki, standart vəziyyət və ya bir epizod matçın taleyini həll edir. Futbolçuların intizamlı və istəkli olmaları çox önəmlidir. Qol epizodları bəzi oyunlarda az, bəzilərində çox ola bilər.