"Qarabağ" futbolçusu Toral Bayramov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilən "Sabah"la matçda (1:0) zədələnib.
Fanat.Az xəbər verir ki, 21 yaşlı müdafiəçi görüşün 26-cı dəqiqəsində xəsarət alıb və Elvin Cəfərquliyevlə əvəzlənib.
Oyundan sonra keçirilən mətbuat konfransında ağdamlıların baş məşqçisi Qurban Qurbanov Toralın durumu ilə bağlı danışıb: "Rəqib oyunçu ona epizod zamanı xəsarət yetirdi. Durumuna sabah aydınlıq gələcək. Ağrılar olmasa, ola bilər ki, 4-5 gün meydandan kənarda qalsın".