Futbol üzrə Almaniya Bundesliqasında 26-cı tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyun günündə dörd matç keçirilib.
“Ayntraxt” öz meydanında “Bohum” üzərində əzmkar qələbə qazanıb.
“Bayer Leverkuzen” evdə “Köln”ə boyun əyib.
Dortmund “Borussiya”sı “Arminiya”ya minimal hesabla üstələyibsə, “Layptsiq” səfərdə “Qroyter”i darmadağın edib.
Qeyd edək ki, bu tur keçirilməli olan “Auqsburq” - “Maynts” qarşılaşması qonaqların heyətində koronavirusa kütləvi yoluxma üzündən ertələnib.
Almaniya Bundesliqası
26-cı tur
13 mart
Bayer Leverkuzen – Köln 0:1
Qol: Şindler, 67.
Ayntraxt – Bohum 2:1
Qollar: Masoviç, 46-öz qapısına. Kamada, 52 – Polter, 19.
Borussiya D – Arminiya 1:0
Qol: Volf, 21.
Qroyter – Layptsiq 1:6
Qollar: Levelinq, 4 – A.Silva, 17. Forsberq, 32. Laymer, 35. Henrixs, 45. Simakan, 59. Nkunku, 69.
12 mart
Union Berlin – Ştutqart 1:1
Qollar: Avoniyi, 41-pen. – Kaladziç, 90.
Frayburq – Volfsburq 3:2
Qollar: Qrifo, 7; 44. Şlotterbek, 87 – Kruse, 52. Arnold, 84.
Hoffenhaym – Bayern Münhen 1:1
Qollar: Baumqartner, 32 – Levandovski, 45+3.
Borussiya M – Herta 2:0
Qollar: Plea, 24-pen. Ginter, 59.