"Nyukasl Yunayted" 100 milyon avroya "Napoli"nin hücumçusu Viktor Osimheni transfer etmək istəyib.
Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, yanvarda İngiltərə klubu nigeriyalı futbolçu üçün qarşı tərəfə təklif göndərsə də, "Napoli" bundan imtina edib.
"Nyukasl"ın bu yay oyunçunu yenidən almağa çalışacağı gözlənilir.
Emin