"Çelsi" Saul Niqesi heyətində saxlamağı düşünür.
Fanat.Az xəbər verir ki, bu barədə Britaniyanın ünlü "Mirror" nəşri məlumat verib.
İstənilən sövdələşmə klub ətrafında mövcud vəziyyətə görə Britaniya hökumətinin qərarına tabe olacaq.
Xatırladaq ki, Roman Abramoviçin klubu məcburi təhvil verməsi səbəbindən komanda daxilində oyunçuların alqı-satqı prosesi və futbolçularla müqavilə hərəkətlərinə qadağa qoyulub.
Emin