London "Arsenal"ının hücumçusu Aleksandr Lyakazett karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, "Le 10 Sport" "Yuventus"un da heyətinə qatmaq istədiyi 30 yaşlı forvardla "Barselona"nın maraqlandığı barədə informasiya yayıb.
Mənbə Erlinq Holandın transferi ilə bağlı çoxsaylı çətinliklərlə üzləşən Kataloniya klubunun Lyakazettə alternativ variant kimi baxdığını vurğulayıb. Xəbərə görə,"Barsa" fransalı oyunçunu azad agent qismində sıralarına cəlb etmək fürsətindən faydalanmaq niyyətindədir.
Qeyd edək ki, 2017-ci ildən "Arsenal"da çıxış edən Lyakazett bu mövsüm İngiltərə Premyer Liqasında 20 oyuna çıxaraq 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun londonlularla olan müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq.
Nihat