Azərbaycan millisinin keçmiş baş məşqçisi Robert Prosineçki Yunanıstanın AEK komandasını çalışdıra bilər.
Fanat.Az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı məşqçi hazırda bu vəzifəyə əsas namizədlərdən biri hesab olunur.
Afina təmsilçisinin hazırda işsiz olan Prosineçki ilə danışıqlara başlayacağı gözlənilir.
Son olaraq Türkiyədə “Dənizlispor”u çalışdıran Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.