PSJ-nin və "Ral Madrid"in sabiq hücumçusu Nikola Anelka Mbappenin gələcəyi barədə fikirlərini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "L Equipe" 42 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
“Düşünürəm ki, Mbappe artıq qərarını verib. Mütləq gedəcək. Hamı hansı kluba keçəcəyini bilir. Bu, sadəcə mənim fikrimdir. Onun qalmaq qərarına gəldiyini təsəvvür edə bilmirəm”.
Xatırladaq ki, Anelka 2000-2002-ci illər aralığında PSJ-nin şərəfini qoruyub.
Emin