"Mançester Yunayted" klubunun sabiq müdafiəçisi Qari Nevill "qırmızı şeytan"ların son oyunu bardə fikirlərini mətbuata açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" 42 yaşlı mütəxəssisin söylədiklərini belə çatdırıb:
"Mən deməliyəm ki, "Mançester Yunayted" o qədər də yaxşı deyil. Onların müdafiəsi sadəcə, qorxuncdur.
Top "Tottenhem"də olanda onların ("Mançester Yunayted"in futbolçuları) heç biri topun arxasınca qaçmırdı. Rəqib rahatlıqla oynaya və topu özündə saxlaya bilirdi".
Xatırladaq ki, İPL-in 29-cu turu çərçivəsində "Mançester Yunayted" doğma meydanında "Tottenhem"i qəbul edib. Oyun "qırmızı şeytanlar"ın qələbəsi ilə yekunlaşıb - 3:2.
Emin