PSJ Çempionlar Liqasının 1/8 finalında "Real Madrid"ə uduzaraq (1:0, 1:3) mübarizəni dayandırandan sonra ümidləri doğrultmayan Neymarla vidalaşmaq qərarına gəlib.
Fanat.Az "Telefoot"a istinadən xəbər verir ki, parislilər 30 yaşlı braziliyalıya görə ünvanlanan sərfəli təklifləri dəyərləndirməyə hazırdır.
Mənbə rəhbərliyin aldığı maaşın qarşılığını verə bilməyən "sambaçı"dan həm də intizamsızlığına və eqoist davranışlarıyla komanda ruhuna zərbə vurduğuna görə qurtulmaq fikirinə düşdüyünü açıqlayıb. Fransa klubunun bosslarının inkişaf strategiyasında əsaslı dəyişikliklər edəcəyi və islahatların Neymarın gedişi ilə başlayacağı bildirilib.
Nihat